AÇG yatağında neft hasilatı son 11 ildə 38 faiz azalıb – Rəqəmlər


2022-ci ilin ilk yarısı ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformalarından birlikdə 77 milyon barel (10 milyon ton) və ya gündə orta hesabla 424 min barel neft hasil edilib. 
Yeniavaz.com
 xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə neft hasilat 9,4% və ya 8 milyon barel az olub.
Gündəlik hasilat – “Çıraq” plantformasında 25 min, “Mərkəzi Azəri”də 108 min, “Qərbi Azəri”də 109 min, “Şərqi Azəri”də 62 min, “Dərinsulu Günəşli”də 78 min və “Qərbi Çıraq”da 42 min barel olub. Əvvəlki illə müqayisədə istisnasız olaraq bütün platformalarda gündəlik neft hasilatı aşağı düşüb.
2022-ci ilin ilk yarısında AÇG-də ümumilikdə 136 neft hasilat quyusu və 45 qaz və su injektor quyusu istismarda olub. 2021-ci ilin eyni dövrü ilə müqayisədə hasilat quyularının sayı 4 ədəd artıb, qaz və su injektor quyularının sayı isə 7 ədəd azalıb.  
Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 30,37%), SOCAR (25%), MOL (16 aprel 2020-ci il tarixindən “Şevron” şirkətini əvəz edib) (9,57%), İNPEKS (9,31%), "Equinor" (keçmiş "Statoil") (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%) və ONGC Videş Limited (OVL) (2,31%) şirkətləridir.
Son 11 ildə AÇG yatağında neft hasilatı və quyuların sayı:
İllər Hasilat
(milyon barel)
Quyuların sayı
(ədəd)
2-ci rüb 2012 124,5 86
2-ci rüb 2013 122 103
2-ci rüb 2014 118,8 117
2-ci rüb 2015 116 127
2-ci rüb 2016 119 145
2-ci rüb 2017 106 160
2-ci rüb 2018 108 169
2-ci rüb 2019 98 175
2-ci rüb 2020 91 178
2-ci rüb 2021 85 183
2-ci rüb 2022 77 181

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top