Kanalizasiyanı dənizə axıdan istirahət mərkəzi ilə bağlı araşdırma başladıldı


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bilgəh qəsəbəsində yerləşən istirahət mərkəzlərindən birinin ərazisində kanalizasiya sularının dənizə axıdılması ilə bağlı araşdırmaya başlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd edilib ki, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları ərazidə olub, analiz üçün nümunələr götürüb. Analizlərin cavabı çıxdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, sosial şəbəkələrdə sözügedən ərazidə suyun çirkləndirilməsi ilə bağlı video yayılıb və qeyd edilir ki, ətrafa çox pis qoxu yayılır.

DİGƏR XƏBƏRLƏR

Top