"Qarabağ"ın potensial rəqibi müəyyənləşdi


"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

Yeniavaz.com xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmadan sonra bəlli olub.
Ağdam klubu III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş" klubunu üstələyəcəyi təqdirdə, növbəti raundda “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq. "Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşünü avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

DİGƏR XƏBƏRLƏR

Top