Pelosinin Tayvana səfəri ABŞ və Çini qarşı-qarşıya gətirdi


ABŞ Nümayəndələr Palatasınının sədri Nensi Pelosinin Tayvana səfər etməklə bağlı olan planı ABŞ və Çin arasında gərginliyə səbəb olub.
Yeniavaz.com
xarici mətbuata istinadən xəbər verir ki, Pelosinin sözügedən səfər planı rəsmi Pekin tərəfindən sərt etirazla qarşılanıb.
Çinin Xarici İşlər Nazirliyi Pelosinin Tayvana gələcəyi təqdirdə Çin ordusunun boş dayanmayacağını, ölkənin torpaq bütövlüyü və suverenliyi üçün sərt tədbirlər alınacağını və amerikalı xanım diplomatın bu səfər planının yolverilməz olduğunu bildirib. 
ABŞ tərəfindən isə sözügedən səfərin Çinin torpaq bütünlüyü və suverenliyi üçün heç bir problem təşkil etmədiyi qeyd olunub. 
Tayvan mətbuatında Pelosinin 2 avqust tarixində Tayvana səfər edəcəyi ilə bağlı məlumat verilib.
Nensi Pelosinin daha əvvəl planlaşdırılan Asiya ziyarəti proqramında Sinqapur, Malaziya Yaponiya və Cənubi Koreya kimi ölkələr olduğu halda, Tayvan siyahıda qeyd edilməyib.
Qeyd edək ki, ABŞ Nümanyəndələr Palatasının sədri Nensi Pelonsi Çinə qarşı çıxışları ilə tanınır.

DİGƏR XƏBƏRLƏR

Top