Makron və Zelenski arasında telefon danışığı oldu


Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Yeniavaz.com
BFM telekanalına istinadla xəbər verir ki, müzakirə olunan əsas mövzulardan biri Ukrayna taxılının Odessadan ixracının olub. Tərəflər həmçinin Ukraynada müharibəni və məsələnin həlli istiqamətdə növbəti addımlar barədə də fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Fransa prezidentinin iyunun 16-da Kiyevə səfərindən sonra Zelenski ilə ilk söhbəti olub. Yelisey Sarayı hələlik danışıqların təfərrüatlarını rəsmi açıqlamayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top