Çubays xəstəxanaya yerləşdirilib


Rusiya prezidentinin keçmiş xüsusi nümayəndəsi Anatoli Çubays Avropa klinikalarından birinə yerləşdirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə teleaparıcı Kseniya Sobçak Teleqram kanalında məlumat verib.
Jurnalistin sözlərinə görə, o, Rusiya prezidentinin keçmiş xüsusi nümayəndəsinin həyat yoldaşı Avdotya Smirnova ilə danışıb. Onun sözlərinə görə, Anatoli Çubaysın əlləri və ayaqları qəfildən zəifləməyə başlayıb.
Xatırladaq ki, Anatoli Çubays mart ayında Rusiya prezidentinin davamlı inkişaf üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa verərək Rusiyanı tərk edib.
 

DİGƏR XƏBƏRLƏR

Top