Asayişin, təhlükəsizliyin, hüquq qaydalarının qorunması üçün Ağalı kəndində Zəngilan rayon Polis Şöbəsinin müasir tipli Polis sahə məntəqəsi fəaliyyətə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda yeni məntəqədə xidməti vəzifələrin icrası üçün hər cür zəruri şərait yaradılıb, əməkdaşlar müasir texniki və xüsusi avadanlıqla təchiz olunublar.