Cəmil Həsənli Milli Şuradan niyə gedir? - Video


Milli Şuranın sədri Cəmil Həsənli tutduğu vəzifədən getmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Cəmil Həsənli İngiltərədə "BBC Azərbaycanca"ya müsahibəsində bildirib.  
“Mən Milli Şura sədrliyindən getməklə bağlı bir təklif vermişəm. Milli Şura gəncləşməlidir, yeniləşməlidir. Mən artıq 8-ci ildir bu təşkilatın rəhbərliyindəyəm. Nəyəsə insanları çağırırsansa, əvvəl özün o prosesin önündə olmalısan. Londonda, Parisdə, Berlində, ya da Vaşinqtonda oturub insanları riskli bir cəmiyyətdə etiraza çağırmağın bir az əlavə mənəvi yükü var. Yaşın elə bir həddidir ki, hər yerdən, o cümlədən bu dünyadan da gərək vaxtında gedəsən”, - C. Həsənli deyib.
Daha ətraflı:

DİGƏR XƏBƏRLƏR

Top