Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının II təsnifat mərhələsinin “Fənərbağça” – “Dinamo” (Kiyev) matçında türkiyəli futbol azarkeşlərinin davranışı ilə bağlı intizam araşdırmasına başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.
Xatırladaq ki, dünən İstanbulda baş tutan görüşdə Ukrayna komandasının vurduğu ilk qoldan sonra türk azarkeşlər Rusiya prezidenti Vladimir Putinin adını səsləndirməyə başlayıblar.