Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında Süleymaniyyə şəhərində əməliyyat keçirib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatda PKK terror təşkilatının liderlərindən “Berivan Zilan” ləqəbli Hatice Hezeri məhv edilib.
Qeyd olunub ki, Hezer PKK-ya 1991-ci ildə qoşulub. 2004-cü ildə PKK/KCK-nın Ermənistandakı qadın təşkilatı PJA-nın (PJAK) rəhbəri təyin edilib. 2008-ci ildən Şimali İraqdakı terrorçulara qoşulub. 2017-ci ildən isə Suriyadakı PJAK dəstəsinə rəhbərlik edib. Türkiyədə Xalqların Demokratik Partiyası (HDP)nin Van bölgəsi üzrə millət vəkili Tuğba Hezer Öztürkün böyük bacısıdır. Onun PKK-ya qoşulan qardaşı isə 1998-ci ildə məhv edilib.