Çempionlar Liqasının II təsnifat mərhələsində oynanılan "Fənərbağça" - "Dinamo Kiyev" oyununda türkiyəli azarkeşlərin səsləndirdiyi "Vladimir Putin" şüarlarına Ukrayna tərəfi cavab verib.
Yeniavaz.com xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko məsələ ilə bağlı yazıb:
Çempionlar Liqası matçında “Fənərbağça” azarkeşləri Rusiya Prezidenti Putinin adını, “Dinamo Kiyev” azarkeşləri isə Ukrayna Silahlı Qüvvələrini səsləndiriblər.
“Silahlı Qüvvələr” Türkiyə meydanında “Putin”i 2:1 hesabı ilə məğlub edib. Türkiyədə zərbə aldılar, Ukraynada da alarlar. Türk azarkeşlərə qalib tərəfdə olmağı tövsiyə edirik”.