Azərbaycanın daha bir cüdoçusu Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) gümüş medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, 60 kq çəki dərəcəsindəki Nurlan Kərimli finalda niderlandlı Cokhem fan Hartenə məğlub olaraq, 2-ci yeri tutub.
Xatırladaq ki, daha əvvəl 48 kq-da Könül Əliyeva və 55 kq-da Murad Əliyev gümüş medal əldə edib.