Azərbaycanda bank işçilərinin sayı artıb – Son rəqəmlər


Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə Azərbaycanda fəaliyyət göstərən 26 bankda 21 min 526 nəfər işçi çalışır.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bank işçilərinin sayı 13,4% və ya 2 min 533 nəfər artıb. 
Son bir ildə dövlət və özəl banklarının sayı dəyişməz qalıb.
Ötən ilin iyul ayının əvvəlində olduğu kimi, bu ilin iyul ayının əvvəlində də ölkədə 2 dövlət bankı, 24 özəl bank olub. Xarici kapitallı bankların sayı 12 olub. 
Hesabat dövrü ərzində bank filiallarının sayı 465-dən 492-yə yüksəlib, bank şöbələrinin sayı 101-dən 96-ya düşüb.
Onu da bildirək ki, bank şöbələrinin sayı azalsa da onlara məxsus ATM-lərinin sayı son bir ildə 2 min 804-dən 2 min 935-ə yüksəlib.
 

DİGƏR XƏBƏRLƏR

Top