Ramiz Mehdiyev: "Məni belə məsələlərə qatmayın" - Video


AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev Milli Məclis sədrinin müavini Adil Əliyevin onun barəsində səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirməkdən imtina edib.
Yeniavaz.com
xəbər verir ki, hadisə “Müsavat TV”nin canlı efirində yaşanıb. Efirə telefonla qoşulan R. Mehdiyev aparıcının sualına cavab verməkdən boyun qaçırıb:
“Məni belə məsələlərə qatmayın. Xahiş edirəm, ümumiyyətlə, bununla bağlı sual da verməyin”.
Qeyd edək ki, vitse-spiker Adil Əliyev bir neçə gün öncə verdiyi açıqlamada R. Mehdiyevə qarşı bəzi iddialar səsləndirib: "Mübarizəmiz eyni zamanda rüşvətxorları, mülkünü vətəndaşdan üstün tutan məmurları keçmişdə və indi irəli sürməyə çalışan həmin “5-ci kolon”a və “kolon”un başında gedən Ramiz Mehdiyev kimilərə qarşıdır".

DİGƏR XƏBƏRLƏR

Top