Rusiya “dost olmayan ölkələr” siyahısını genişləndirilməkdə davam edir.
Yeniavaz.com xəbər verir ki, Rusiya hökumətinin mətbuat xidmətindən verilən yazılı açıqlamada “dost olmayan ölkələr” siyahısına yeni ölkələrin əlavə olunduğu açıqlanıb.
Bildirilib ki, siyahıya Yunanıstan, Sloveniya, Slovakiya, Xorvatiya və Danimarka əlavə edilib.
Açıqlamanın davamında siyahıya daxil olan ölkələrin diplomatik nümayəndəliklərində çalışacaq kadrların sayının məhdud olduğu vurğulanıb və bildirilib ki, yeni fərmana əsasən, Yunanıstana 34, Danimarkaya 20, Slovakiyaya isə 16 nəfərlik məhdudiyyət gətirilib.
Sloveniya və Xorvatiyanın nümayəndəliklərində kadr ola bilməyəcəyi vurğulanıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ötən ilin aprelində “dost olmayan ölkələr” haqqında fərman imzalayıb. ABŞ (ABŞ) və Çexiya ilk bu siyahıya daxil edilib.