Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri taxıl ixracı ilə bağlı saziş imzalayıblar.
Yeniavaz.com xəbər verir ki, bununla da tədbir başa çatıb.
***18:08
İstanbulda, Dolmabaxça sarayında Ukrayna taxılının Qara dənizdən keçirilməsi üçün taxıl dəhlizinin yaradılmasına dair sazişin imzalanması mərasimi keçirilir.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, burada Ukrayna və Rusiya nümayəndələri ilə yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreş də iştirak edir.