2026-cı ilədək tikiləcək əsas daxili və transsərhəd yollar açıqlanıb


Daxili və transsərhəd yol-nəqliyyat infrastrukturunun tikintisinin həyata keçirilməsi və zəruri sistemlə təmini nəzərdə tutulub.

Yeniavaz.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.
Planın əsas icraçısı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir.

İlkin olaraq müvafiq yol-nəqliyyat infrastrukturunun tikintisinə dair tədbirlər icra ediləcək. Tədbirlər Planına əsasən, 2022-2026-ci illərdə Astara çayı üzərində körpünün tikintisi, Muğanlı‒İsmayıllı‒Qəbələ avtomobil yolunun və Ağsuçay üzərində körpünün tikintisi, Bakı‒Quba‒Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi həyata keçiriləcək.

Nəticədə müvafiq marşrutlar üzrə yük və sərnişin daşımaların həcminin artması təmin ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top