İtaliyanın baş naziri Mario Draqi bu gün prezident Sercio Mattarellaya istefasını təqdim edib.
Yeniavaz.com "Reuters"ə istinadən xəbər verir ki, dövlət başçısı baş nazirin istefanı qəbul edib və ondan müvəqqəti olaraq vəzifəsini icra etməsini istəyib.
Açıqlamada Mattarellanın bundan sonra nə edəcəyi barədə məlumat verilməyib. Siyasi mənbələr bu həftənin əvvəlində prezidentin parlamenti buraxacağını və oktyabrda növbədənkənar seçkilər təyin edəcəyini bildiriblər.