Səhiyyə naziri tədbirə maska ilə qatıldı - Foto


Səhiyyə Nazirliyində Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee ilə görüş keçirilib. Tədbirdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin yeni perspektivləri müzakirə edilib.
Yeniavaz.com
xəbər verir ki, görüş zamanı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmilərin tibbi maskadan istifadə etməsi diqqət çəkib.
Qeyd edək ki, son günlər Azərbaycanda və dünyada koronavirusa yoluxma sayında artım müşahidə olunur. Ötən sutka Azərbaycanda yeni yoluxma sayı 257, ölüm sayı isə 4 nəfər olub.


DİGƏR XƏBƏRLƏR

Top