Azərbaycanda meymunçiçəyi qeydə alınmayıb - Rəsmi


"Ölkədə epidemioloji vəziyyəti nəzarət altında saxlamaqla meymunçiçəyi virusu ilə mübarizə aparmaq mümkündür".

Yeniavaz.com Reporta-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, xəstəlik hələ geniş yayılmayıb.
O qeyd edib ki, bu gün üçün Azərbaycanda bu virus qeydə alınmayıb: “Lakin bu, o demək deyil ki, olmayacaq. Nəzərə almaq lazımdır ki, xəstəliklə mübarizə aparmaq üçün ölkədə kifayət qədər qabaqcıl tədbirlər görülüb”.

DİGƏR XƏBƏRLƏR

Top