Tehranda Astana üçlüyünün sammiti başa çatdı - Yenilənib


Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü başa çatıb.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, görüşün sonunda birgə bəyannamə qəbul edilib.
İran Prezidenti İbrahim Rəisi görüşdən sonra bildirib ki, Astana formatının tərəfləri ABŞ-ın Suriyanı tərk etməsinə razı olublar:
"Tərəflər Suriya xalqına humanitar yardım göstərməyə davam edəcək. Region ölkələri və beynəlxalq ictimaiyyət suriyalı qaçqınların öz ölkələrinə qayıtmasına kömək etməlidir".

***22:12
Türkiyə, Rusiya və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və İbrahim Rəisinin iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü başlayıb.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, sammit Tehrandakı Beynəlxalq Konqres Mərkəzində keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top