![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2020/4/13/1/7b6ddcb9-b272-41c5-be46-3b050d3d3517/suleyman-soylu.jpg)
Trabzonun Of rayonunda yaşayan Türkiyənin daxili işlər naziri Süleyman Soylunun bibisi oğlu Sefa Dönmez bir nəfərin silahlı hücumuna məruz qalıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, 3 güllə yarası alan S. Dönmez aparıldığı Of Dövlət Xəstəxanasında dünyasını dəyişib. Daxili işlər naziri S. Soylu da dəfn mərasimində iştirak etmək üçün Trabzona yola düşüb.
Ədalət və İnkişaf Partiyasının (AKP) Of rayon təşkilatının sədri Əhməd Çapoğlu bildirib ki, Faruk Ulusoy mübahisə zəminində Sefa Dönmezi tapança ilə güllələyib.
Trabzon valisi İsmail Ustaoğlu Faruk Ulusoyun saxlanıldığını açıqlayıb.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/7/18/1/2be81140-839b-47ad-b3f9-46ae2c8aa7f4/sefa-donmez.jpg)