İsveçrə yaralı ukraynalıları qəbul etmədi - Səbəbini açıqladı


İsveçrə federal hökuməti NATO-nun Ukraynadakı yaralılara yardım üçün müraciətini neytrallığını əsas gətirərək rədd edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Swiss Info” məlumat yayıb.
Belə ki, İsveçrə hakimiyyəti bunun İsveçrənin beynəlxalq hüquqa uyğun olaraq neytral dövlət statusunu pozacağı ilə əsaslandırıb və yaralı ukraynalıları qəbul etməkdən imtina edib.
Cenevrə Konvensiyası və 1907-ci il Haaqa sazişi neytral dövlətlərdən reabilitasiya olunmuş əsgərlərin sağaldıqdan sonra artıq döyüş əməliyyatlarında iştirak edə bilməməsini təmin etməyi tələb edir.
Yaralı mülki şəxslərə gəlincə, hökumət Ukraynada bir çox mülki vətəndaşın öz ölkələrini müdafiə etmək üçün silaha sarıldığını nəzərə alaraq, mülki şəxsləri əsgərlərdən ayırmağın, demək olar ki, mümkün olmadığını düşünür. Bunun əvəzində İsveçrə rəsmiləri Ukraynanın mülki xəstəxanalarına humanitar yardım göndərməklə yaralılara kömək etməyə üstünlük verir.

DİGƏR XƏBƏRLƏR

Top