"Komando hazırlığı" kursunun növbəti buraxılış mərasimi keçirilib - Fotolar


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin hazırlıq səviyyəsi və bölmələrin döyüş qabiliyyəti artırılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2022-ci ilin hazırlıq planına əsasən, “Komando hazırlığı” kursunu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatların və beretlərin təqdimolunma mərasimi keçirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Buraxılış mərasimində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanaraq təşkil olunan “Komando hazırlığı” kurslarının bölmələrin döyüş qabiliyyətinin artırılmasında, hərbiçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində müsbət təsirindən danışılıb.
Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulanaraq sertifikat və beretlər təqdim olunub.
Sonda şəxsi heyət tribuna önündən təntənəli keçid edib.


DİGƏR XƏBƏRLƏR

Top