Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tbilisi görüşü başa çatıb.
Yeniavaz.com xəbər verir ki, görüş təxminən 3 saat davam edib.
***12:24
Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu, iki ölkə nazirlərinin ilk ikitərəfli görüşüdür.
Xatırladaq ki, bundan əvvəl Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Düşənbədə Rusiya xarici işlər naziri ilə üçtərəfli görüşlər çərçivəsində danışıqlar aparıblar.