Məşhur erməni prodüser məhəkəmə zalında öldü - Video


Erməni prodüser Armen Qriqoryanın işi üzrə növbəti məhkəmə iclasında o, vəkili Ruben Melikyanın çıxışı zamanı huşunu itirib. İclas təxirə salınıb, məhkəmə binasına təcili yardım çağırılıb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, A. Qriqoryan həkimlər gəldikdə artıq dünyasını dəyişmiş olub.
57 yaşlı prodüser və rejissor Armen Qriqoryan mayın 17-də saxlanılıb, mayın 18-də isə həbs edilib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, o, müsahibələrinin birində Şirak və Ararat bölgələrinin sakinlərinin milli ləyaqətini alçaldıb, onların milli kimliyini şübhə altına alıb.

DİGƏR XƏBƏRLƏR

Top