Hərbçinin ölümü Müdafiə Nazirliyində araşdırılır - Yenilənib


Azərbaycan Ordusunun çavuşu Mingəçevir su anbarında boğulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən APA-ya bildirilib. Qeyd olunub ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Bayramov Namizəd İsrail oğlu iyulun 13-də xidmət yerindən kənarda, Mingəçevir şəhəri yaxınlığındakı su anbarında çimərkən boğularaq vəfat edib.
Faktla bağlı araşdırma aparılır.

 

***18:36

Mingəçevir su anbarında çimən şəxs boğulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkəlrdə məlumat yayılıb. Bildirilir ki, sözügedən şəxs 1995-ci il təvəllüdlü Goranboy rayon sakini Bayramov Namizəd İsrayıl oğludur və o, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur.

DİGƏR XƏBƏRLƏR

Top