Nazirlikdən intihara cəhd edən qazi ilə bağlı açıqlama - Yenilənib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xaçmazda intihara cəhd edən Əsədullayev Yusif Seyfulla oğlu barədə açıqlama yayıb.

Yeniavaz.com xəbər verir ki, açıqlamada Vətən müharibəsi iştirakçısı Əsədullayev Yusif Seyfulla oğluna 28.05.2021-ci il tarixdən III dərəcə müharibə əlilliyi təyin edildiyi və ona 300 manat məbləğində Prezidentin aylıq təqaüdü ilə yanaşı, əlilliyə görə 623.51 manat məbləğində pensiya ödənildiyi qeyd olunub.

Bildirilib ki, Yusifə həmçinin 4400 manat sığorta ödənişi, YAŞAT Fondu tərəfindən 14648.17 manat maddi yardım edilib. Vətəndaşın anası Əsədullayeva Ağbəniz Cəlil qızı “Maldarlıq təsərrüfatı” zərfi üzrə özünüməşğulluq proqramına müraciət edərək aktivlərlə təmin olunub:

"Müharibə bitdikdən sonra məşğulluq filialına yaxınlaşaraq özünüməşğulluq proqramına cəlb olunmaq istədiyini bildirib.

Xaçmaz rayon İH tərəfindən 30.08.2021-ci il tarixində imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülüb.

O, 27 sentyabr 2021-ci ildə nazirlik tərəfindən imtiyazlı şəxs kimi minik avtomobili ilə təmin olunub".


***16:45
Xaçmaz rayonu Müzəffəroba kənd sakini, 1993-cü il təvəllüdlü XTQ giziri Yusif Seyfulla oğlu Əsədullayev özünü yaşadığı evdən asaraq intihara cəhd edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, onu xilas etmək mümkün olub.
İntihara səbəb kimi rəsmi qurumların ona etinasiz yanaşdığını bildirib.

Qeyd edək ki, iyulun 10-da 44 günlük İkinci Qarabağ müharibəsində iştirak edən, “Mauqli” ləqəbli qazi Elvin Cəfərovun Sabirabad Rayon İcra Hakimiyyətinin önündə özünü yandırdığı xəbərləri yayılıb. Respublika Yanıq Mərkəzinə yerləşdirilən 35 yaşlı qazi iyulun 11-də dünyasını dəyişib. Baş Prokurorluq isə Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı araşdırma aparılıdığını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top