Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov vəfat edib.
Yeniavaz.com xəbər verir ki, Elvin Cəfərovun yas mərasiminə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov da qatılıb.
O jurnalistlərin suallarını cavablandırıb.
"Qazi Elvin Cəfərovu qəbul etməməyim səhv düşüncədir. Elvinlə dəfələrlə, əvvəlki dövrlərdə görüşmüşəm. Son dövrlərdə isə ümumiyyətlə xəbərim olmayıb. Amma onunla bağlı istər icra nümayəndəsi, istər bələdiyyə tərəfdən nə tələbi olubsa hamısı imkan daxilində həyata keçirilib. Nə ehtiyacı olubsa daima qayğıda olan qazilərdən biri olub. İlk gələn gündən nə tələb edibsə, o da həyata keçirilib, ictimai işlərə cəlb olunub, aylıq maaşını alıb, mənzil növbəsinə durub, qaldırdığı istənilən məsələ həllini tapıb.
Qazi Elvin Cərəfov özünü icra hakimiyyəti qarşısında yox, Mədəniyyət Sarayı qarşısında yandırıb. Gəlin bu məsələni hüquq mühafizə orqanlarının səlahiyyətinə verək, araşdırsınlar. Biz ona hər cür qayğı göstərmişik. Psixoloji durumunda bəzi, müəyyən problemlər olub. Məsələ araşdırılacaq, bunu siyasiləşdirməyin".