Dövlət Sosial Müdafiə Fondunun (DSMF) keçirdiyi tender müsabiqəsinin qalibi "Azərbaycan Beynəlxalq Bankı" ASC olub.
Yeniavaz.com xəbər verir ki, DSMF ABB-na Fondun Aparatında əmək haqlarının, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin, birdəfəlik müavinətlərin və digər struktur bölmələrində əmək haqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Prezident tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması xidmətinə görə 8 milyon 238 min 216 manat ödəyəcək.
Elnur Əli
Həmçinin oxuyun: Pensiyaları ödəmək üçün DSMF bu banka 9 milyon manat ödəyəcək