Ərdoğan və Putin arasında telefon danışığı olub

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. 
Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildirir ki, Prezident Ərdoğan görüş zamanı BMT-nin Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhliz planı üzərində hərəkətə  keçməsinin vaxtının çatdığını bildirib.
Telefon danışığı zamanı Suriyadakı vəziyyətlə yanaşı, Ukrayna-Rusiya müharibəsi və Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılması da müzakirə edilib.
Ukrayna ilə Rusiya arasındakı müharibənin davamlı və ədalətli sülhlə, danışıqlar yolu ilə sona çatması lazım olduğunu təkrarlayan prezident Ərdoğan, Türkiyə olaraq danışıqlar prosesinin canlandırılmasına hər cür töhfə verməyə hazır olduqlarını bildirib.


 

DİGƏR XƏBƏRLƏR

Top