Paşinyan Ərdoğana zəng edib Qurban bayramını təbrik etdi


Baş nazir Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildirir ki, Ermənistanın baş naziri Türkiyə prezidentini Qurban bayramı münasibəti ilə, Türkiyə prezidenti isə Ermənistanın baş nazirini qarşıdan gələn Vardavar bayramı (milli bayramları - red.) münasibətilə təbrik edib.
Liderlər ölkələri arasında münasibətlərin tənzimlənməsi üzrə ikitərəfli prosesin əhəmiyyətini vurğulayıblar və bildiriblər ki, bu da regionda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verəcək. Bu kontekstdə iyulun 1-də ölkələrinin xüsusi nümayəndələrinin görüşündə əldə olunan razılaşmaların tezliklə həyata keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər.
 

DİGƏR XƏBƏRLƏR

Top