“Mauqli” ləqəbli qazinin icra hakimiyyətinin önündə özünü yandırdığı deyilir - Fotolar


44 günlük İkinci Qarabağ müharibəsində iştirak edən, “Mauqli” ləqəbli qazi Elvin Cəfərovun Sabirabad Rayon İcra Hakimiyyətinin önündə özünü yandırdığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qazinin qardaşı, idmançı Elnur Cəfərov məlumat yayıb. O bildirib ki, qardaşına qarşı icra hakimiyyətində haqsızlıqlar edilib. Canından bezən qazi sonda intihara əl atıb.
Onun vəziyyətinin ağır olduğu bildirilir. Buna görə Bakıya xəstəxanaya gətirilir.
Ötən ilin iyununda Meydan TV-yə müsahibəsində müharibədən öncə günü 10 manata fəhləlik etdiyini bildirən qazi Elvin Cəfərov savaşdan sonra aldığı travmalardan artıq işləyə bilmədiyini deyirdi.
“Problemlərim yaranıb, işləməyim mümkün deyil. Getdiyim yerlərdə də deyirlər: “Əsəbisən”. Nə edim, ailəmi necə dolandırım, bilmirəm”.
Sabirabadın Qalağayın kəndindən olan Elvin Cəfərov müharibədə 39 gün döyüşdüyünü deyirdi. O, işləyə bilmədiyindən, 78 yaşlı anasının əlinə baxdığını, ailəsini çox çətinliklə dolandırdığını bildirirdi:
“Anam çöldə-bayırda fəhləlik edir, gətirir ki, mənim ailəm dolansın. Bu, mənə çox ağırdır və əlimdən nəsə gəlməməyi pis incidir”.

DİGƏR XƏBƏRLƏR

Top