Tanınmış islahatçı siyasətçi Mustafa Taczadə İranda həbs edilib.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, o ölkənin təhlükəsizliyinə qarşı gizli fəaliyyətdə və "ictimai rəyi pozmaq üçün yalan məlumat dərc etməkdə" ittiham olunur.
Daxili işlər nazirinin keçmiş müavini M. Taczadə 2009-2016-cı illərdə də 7 il həbsdə olub.
O, Ali Rəhbər Ayətullah Əli Xameneinin qatı tənqidçisidir.