"Kanal 13" internet televiziyasının rəhbəri, jurnalist Əziz Orucovu təhdid edən şəxs saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, Əziz Orucovu təhdid etməkdə şübhəli bilinən şəxs polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda polis orqanındadır.
Qeyd edək ki, Ə. Orucov daha əvvəl naməlum şəxs tərəfindən təhdid və təqib edildiyi barədə paylaşımlar edib. Jurnalist bunun peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib.