DİN Mətbuat Xidmətindən şairə Nazilə Səfərlinin işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla keçdiyinə görə həbs edilməsinə dair sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirilib.
Yeniavaz.com xəbər verir ki, DİN-in məlumatına görə, Nazilə Səfərlinin həbs edilməsi barədə xəbərlər həqiqətə uyğun deyil və həqiqəti əks etdirmir.
"Belə ki, N.Səfərli bir neçə nəfər şəxslə birgə daxil olmuş müraciət əsasında məlumatları portala əlavə edilməklə tam qanuni şəkildə səfər edib", - məlumatda qeyd edilib.
Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumata görə, Nazilə Səfərli işğaldan azad olunan Kəlbəcər rayonuna qanunsuz yolla keçərək orada nişan mərasimi edib. Məlumatda bildirilib ki, DİN-in İctimai Təhlükəsizlik idarəsi əməkdaşları Nazilə Səfərlini həbs edib. Ona 15 sutka həbs cəzası verilib. Həmçinin qeyd olunub ki, Nazilə Səfərlinin Kəlbəcərə keçməsinə göz yuman Göygöl və Kəlbəcər rayonu polis əməkdaşlarından bəziləri işdən azad olunub, bəzilərinə töhmət verilib. Bundan başqa qeyd olunub ki, Toğanalı kəndindəki polis postuna DİN İT İdarəsinin 70-dən çox əməkdaşı cəlb olunub.