Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1680 vaksin vurulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 377, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 167, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1013, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 123 nəfərdir.