Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycanı xalqını Qurban bayramı münasibətilə təbrik edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə səfirin rəsmi feysbuk hesabında paylaşım edilib:
“Dünya müsəlmanları, eləcə də Ukraynada yaşayan müsəlmanlar Qurban bayramını qeyd edirlər. Bu bayram mənəvi birlik və həmrəylik rəmzidir. Qardaş Azərbaycan xalqı, bayramın mübarək! Əziz dostlar! Müsəlman dünyası üçün bu müqəddəs gündə ukraynalılar, eləcə də Azərbaycan əsilli ukraynalılar əlində silahla Ukrayna dövlətinin azadlığı və müstəqilliyini qorumaq məcburiyyətində qalıblar. Siz doğma torpağı müdafiə etməyin nə demək olduğunu, eləcə də sülhün qiymətini hamıdan yaxşı bilirsiniz!”, - deyə pyalaşımda qeyd olunub.