“Şahdəniz”dən indiyədək nə qədər qaz ixrac edilib?


“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyul 2022-ci il tarixinədək 594,8 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, “Azəri-Çıraq-Günəşli”dən 556,8 milyon ton neft, “Şahdəniz”dən isə 38 milyon ton kondensat çıxarılıb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2022-ci ilin 1 iyul tarixinədək 593 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Məlumata görə, yataqlar istismara veriləndən cari ilin 1 iyul tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 197 milyard kubmetrə yaxın, “Şahdəniz”dən isə 170 milyard kubmetrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 116 milyard kubmetrdən çox həcmi ixraca nəql edilib.

DİGƏR XƏBƏRLƏR

Top