Etiraza görə Şri-Lankadan qaçan Prezidenti o əvəz edəcək - Video + Yenilənib


Parlamentin spikeri Mahinda Yapa Abeyvardena Şri-Lankanın yeni prezidenti olacaq.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Şri-Lanka Müsəlman Konqresi Partiyasının rəhbəri Rauff Hakim məlumat yayıb.
“Spiker konstitusiyaya uyğun olaraq müvəqqəti prezident olur. Partiya liderləri dərhal partiyalı hökumət haqqında razılığa gəlməlidirlər. Digər prezideni isə parlament vəzifəsindən azad edib”, - deyə o bildirib.


***15:08
Şri-Lanka Prezidenti Qotabaya Rajapaksa hava limanına gəlib və etirazlara görə ölkəni tərk etməyə çalışır.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, etirazların hələ də davam edir. İndiyəqədər 40-ya yaxın insanın xəsarət aldığı qeyd olunub. Ölkənin təhlükəsizlik xidmətləri etiraz edən kütləni dağıtmağa çalışır.

***12:54
Şri-Lankada etirazçılar prezidentin iqamətgahına daxil olub.
Yeniavaz.com
 CNN-ə istinadla xəbər verir ki, Şri-Lanka liderinin Kolombodakı rəsmi iqamətgahının ətrafına 100 mindən çox insan toplaşıb. Etirazçılar Prezident Qotabaya Rajapaksanı ölkədə iqtisadi böhranı idarə edə bilmədiyinə görə istefaya çağıraraq iqamətgaha daxil olublar.
Təhlükəsizlik rəsmiləri bildiriblər ki, Şri-Lanka Prezidenti Rajapaksa başqa yerə köçürülüb.
Hadisə yerində neçə təhlükəsizlik əməkdaşının olduğu məlum deyil.
Qeyd edək ki, Şri-Lanka ciddi iqtisadi böhran var, inflyasiya 70 faizə çatıb.

 

DİGƏR XƏBƏRLƏR

Top