“İyulun 7-də vətəndaş Şahmurad Məmmədov borclu olduğu məhkəmə qərarının icrası işi ilə bağlı Sumqayıt şəhəri İcra idarəsində olarkən qəflətən halı pisləşərək dünyasını dəyişib”.
Yeniavaz.com xəbər verir ki, bunu Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib. Onun sözlərinə görə, İdarənin əməkdaşları tərəfindən dərhal təcili tibbi yardım briqadası çağırılıb, habelə ona ilkin tibbi yardım göstərilib:
“Lakin buna baxmayaraq ürək xəstəliyindən əziyyət çəkən Şahmurad Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Baş vermiş qəfləti ölümlə əlaqədar Sumqayıt şəhər prokurorluğuna dərhal məlumat verilib və müvafiq araşdırma aparılır. Bildirilir ki, məhkəmə qərarına əsasən Şahmurad Məmmədovun borcla bağlı ödənişi onun təqaüdünün (1.043 manat) cəmi 25 faizinə yönəldilib.
Şahmurad Məmmədov özü hərbçi olub, I Qarabağ müharibəsində iştirak edib”.