Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası haqqında” sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası, gəlirlər 15 985 652,3 min manat, xərclər 11 382 683,9 min manat və ya Fondun 2021-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 199,8 faiz, xərclər üzrə 92,9 faiz səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilib:
Sıra №-si |
Göstəricilər |
min manatla |
Gəlirlər, cəmi: |
15 985 652,3 |
|
|
o cümlədən: |
|
1. |
Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) |
11 894 606,9 |
2. |
Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün akrhesabı ödənişləri |
5 283,6 |
3. |
Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər |
21 382,3 |
4. |
Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər |
3 287 434,2 |
5. |
Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar |
776 945,3 |
Xərclər, cəmi: |
11 382 683,9 |
|
o cümlədən: |
|
1. |
Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi |
11 350 000,0 |
2. |
“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi |
10 208,9 |
3. |
Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər |
22 475,0 |