Ukraynanın Sumı vilayətində Xocalı ilə bağlı stend yaradıldı - Fotolar


Bu gün Ukraynanın Sumı vilayətinin Yeni Sloboda kəndində 1942-ci ildə nasistlər tərəfindən qətlə yetirilmiş uşaq, qadın və qoca daxil olmaqla 600 yaxın şəxsin xatirəsi yad edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu məlumat yayıb.
Bildirilib ki, mərasimə toplaşanlar xatirə abidəsinin önündə qanlı faciədə qətlə yetirilən şəxslərin xatirəsini yad ediblər.
2020-ci ildə Azərbaycanın fəxri konsulluğu tərəfindən qeyd edilən abidəyə Xocalı soyqırımı ilə bağlı da informasiya lövhəsinin qurulması təklifi irəli sürülüb. Belə ki, “Kolokol skorbi” memorialına Krukova, Lidica, Xatın, Pirçupis qətliamları ilə bağlı informasiya lövhəsi əlavə edilib. Artıq memorial kompleksdə Xocalı soyqırımı ilə bağlı informasiya stendi də quraşdırılıb.
Qeyd edilib ki, memorial kompleks Azərbaycanın fəxri konsulluğunun himayəsinə götürülüb və onun saxlanılması və abadlaşdırılması üçün işlərə dəstək göstərilir.

DİGƏR XƏBƏRLƏR

Top