Ukrayna Prezident Ofisi Böyük Britaniyanın baş naziri Boris Consona təşəkkür edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezident Ofisi rəhbərinin müşaviri Mixayl Podolyak sosial şəbəkə hesabında paylaşım edib.
“Lider olmaq Rusiyanı şər adlandırmaq və ən kritik anlarda məsuliyyəti öz üzərinə götürməkdir. Lider olmaq raket atəşinə baxmayaraq, Kiyevə ilk gələn olmaqdır. Rus canavarının təhlükəsini anladığına və hər zaman Ukraynanı dəstəkləməkdə ön sıralarda olduğuna görə təşəkkürlər, Boris Conson”, - paylaşımda bildirilib.
Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Boris Conson bu gün tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.Бути лідером – це називати російське зло злом та брати відповідальність у найбільш кризові часи. Бути лідером — це першим приїхати до Києва, попри ракетні обстріли. Дякую @BorisJohnson за те, що розуміє загрозу російського монстра та завжди на передовій підтримки України. pic.twitter.com/1opeCavijf
— Михайло Подоляк (@Podolyak_M) July 7, 2022