30 bağça müdiri işdən çıxarıldı - Ciddi nöqsanlar aşkarlandı


Azərbaycanda 30 uşaq bağçasının müdiri işdən azad edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb:
"Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrində monitorinqlər davam etdirilir. 
Aparılmış monitorinqlər nəticəsində 30 nəfər çalışmanın yaş həddinə çatmış müəssisə rəhbəri tutduğu vəzifədən azad edilib. 
Belə ki, həmin müəssisələrdə ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili və digər sahələrdə ciddi nöqsanlar aşkar olunub".

DİGƏR XƏBƏRLƏR

Top