Şəkidə 110 mini mənimsəyən şəxsə cinayət işi açıldı


“A+CO” ASC-nin əməkdaşı tərəfindən ona etibar edilmiş pul vəsaitlərinin mənimsənilməsi barədə Şəki rayon prokurorluğuna daxil olmuş müraciət üzrə araşdırma aparılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Şəki rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, aparılmış araşdırmalarla ASC-nin Kommersiya Departamentinin Satış şöbəsinin region üzrə satış bölməsinin satış təmsilçisi vəzifəsində iləyən Rza İbrahimovun 01.02.2021-ci il tarixindən 03.06.2022-ci il tarixədək tam maddi məsul şəxs kimi ASC-nin ona etibar edilən ümumilikdə 110 min 851  manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.

DİGƏR XƏBƏRLƏR

Top