Bakının Nizami rayonunun Qara Qarayev prospektində - metronun “Xalqlar dostluğu” stansiyasının qarşısında “Çinar Trans” MMC-nin istismarında olan 40 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, 99 JZ 249 DQN-lı avtobus dayanacaqda olduğu zaman qanunsuz sərnişindaşıma ilə məşğul olan 99 DJ 615 DQN-lı Toyota Prius markalı minik avtomobili arxadan avtobusa dəyib.
"Daşıyıcı şirkətdən verilən məlumata əsasən, qəza nəticəsində avtobusda olan sərnişinlərdən dörd nəfər və minik avtomobilinin sürücüsü xəsarət alıb", - məlumatda bildirilib.