Donetsk vilayətinin Slavyansk şəhəri Rusiya ordusu tərəfindən kütləvi atəşə tutulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Slovyansk şəhər hərbi-mülki administrasiyasının rəhbəri Vadim Lyax sosial şəbəkə hesabında paylaşım edib.
“Slavyansk! Şəhərin kütləvi atəşə tutulması! Mərkəz, Şimal. Hamı sığınacaqlarda qalmalıdır. Daha sonra məlumat verəcəyəm”, - paylaşımda bildirilib.
"Azadlıq radiosu"nun məlumatına görə, mərmilər çoxsaylı yanğınlara səbəb olub. Ən azı bir nəfər ölüb.