Ukraynadan taxıl ixracı ilə bağlı 10 günə nəticə əldə oluna bilər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan İtaliyanın Baş naziri Mario Draqi ilə Ukrayna və Liviyadaki vəziyyəti müzakirə edib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə xüsusilə taxıl böhranı və bu istiqamətdə görüləcək işlərə toxunulub. Ərdoğan Ukrayna müharibəsində danışıqlar prosesinə qayıtmağın və taxıl dəhlizinin açılmasının vacibliyini vurğulayıb. O, taxıl dəhlizi ilə bağlı 10 gün ərzində danışıqları intensivləşdirib nəticə əldə etməyə çalışacağını bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top