Kimdir günahkar: Dmitry, Arkadiy, Denis, yoxsa İqtisadiyyat Nazirliyi? - Faktlar


İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Denisov Dmitry Valeryeviç barəsində məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com
xəbər verir ki, məhkəmə iclasının bu gün - 5 iyul tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun sədrliyi ilə keçiriləcəyi bildirilir. 
Məlumat üçün bildirək ki, məhkəmə iddiası vergi ödəyicisi olan şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlıdır. 
Qeyd edək ki, barəsində iddia qaldırılan Denisov Dmitry Valeryeviç 15 sentyabr 2020-ci il tarixində Bakı şəhəri, Nizami rayonu, Məşədi Hilal Kazımov, ev 40 ünvanında dövlət qeydiyyatına alınan 5 şirkətin rəhbəridir. Hazırda həmin şirkətlərin dövlət büdcəsinə 36 min 280 manat 46 qəpik vergi borcu var.
Onu da bildirək ki, Denisov Dmitry Valeryeviçin rəhbərlik etdiyi şirkətlərin qeydiyyatda olduğu Məşədi Hilal Kazımov, ev 40 ünvanında qısa müddətdə 100-lərlə şirkət dövlət qeydiyyatına alınıb (Tam siyahı yazının sonuna əlavə edilib). 
Siyahıda adları qeyd olunan şirkətlər dövlət qeydiyyatına alındıqdan sonra keçirilən tenderlərin qalibi olublar. Məşədi Hilal Kazımov, ev 40 ünvanında qeydiyyata alınan şirkətlər tenderin qalibi olsalar da, vergi öhdəliklərini icra etmirlər. 
Məsələn, 2020-ci ildə 328 saylı hərbi hissə tərəfindən keçirilən 193 min manatlıq tender müsabiqəsinin qalibi tender elanından cəmi bir ay əvvəl Məşədi Hilal Kazımov, ev 40 ünvanında qeydə alınan “Ruklon Az Ltd” MMC olub. Hazırda bu şirkətin 13 min 248 manat vergi borcu var. Bu şirkətin rəhbəri Skvortsov Arkadiy Sergeyeviçdir. Skvortsov Arkadiy Məşədi Hilal Kazımov, ev 40 ünvanında qeydiyyatdan keçən daha 3 şirkətin də rəhbəridir və onun rəhbərlik etdiyi digər şirkətlərin - "RUKLON AZ QRDUP" MMC-nin dövlət büdcəsinə 86 min 909 manat, "ELFIN TC" MMC-nin isə 18 min 558 manat vergi borcu var. Skvortsov Arkadiy eyni zamanda 100-lərlə şirkətin qeydə alındığı Sabunçu rayonu, Zabrat ŞTQ, 2-ci Zabrat dairəsi ev. 133, m. 72 ünvanında qeydiyyatda olan “Okean az Grup” MMC adlı şirkətə də rəhbərlik edir. Bu şirkət də qeydiyyatdan keçdikdən 3 ay sonra keçirilən tenderin qalibi olub və hazırda 13 min 266 manat vergi borcu var.

Denisov Dmitry Valeryeviç və Skvortsov Arkadiy Sergeyeviçin şirkət rəhbəri olduqları və vergi borcuna görə məhkəməyə verildikləri barədə məlumatlarının olub-olmadığı bilinməsə də, daha əvvəl bu cür halla qarşılaşan bəzi şəxslərin bunlardan xəbərsiz olduqları məlum olub.
Aşağıdakı linkı daxil olaraq bu barədə ətraflı məlumat ala bilərsiniz:

Azərbaycanda insanların xəbəri olmadan adlarına şirkətlər açıb milyonlarla borca salırlar – FAKTLAR

Bəzən isə məlum olur ki, tenderin qalibi olub vergi borcunu ödəməyən şəxslərin adı müxtəlif cinayətlərdə hallanır.
Aşağıdakı linkə daxil olaraq bu barədə ətraflı məlumat ala bilərsiniz:

Azərbaycanda milyonluq tenderləri kimlər “udur”? - Narkoman, oğru, sürücü... – ARAŞDIRMA
Gənclər idarəsinin tenderini dəfələrlə məhkum olunmuş residivist necə udub? – FAKTLAR




A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top